COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən ETİRAFLAR – VİDEO

ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Tulsi Qabbard bu həftə COVID-19 pandemiyası dövründə tanınmış immunoloq Entoni Fauçinin fəaliyyəti ilə bağlı bir sıra sənədləri ictimaiyyətə təqdim edib.
Sfera.az xəbər verir ki, Qabbardın sözlərinə görə, sənədlərdə Fauçinin koronavirusun mənşəyi ilə bağlı araşdırmalara təsir göstərdiyi, funksiyaların gücləndirilməsi (gain-of-function) tədqiqatları barədə Konqresə yanlış məlumat verdiyi və ABŞ vergi ödəyicilərinin milyonlarla dollar vəsaitinin Uhan Virusologiya İnstitutunda yarasalar üzərində aparılan riskli koronavirus tədqiqatlarına yönəldilməsində rol oynadığı öz əksini tapıb.
Qabbard həmçinin bildirib ki, sənədlər Fauçinin 2024-cü ildə Konqres qarşısında verdiyi ifadələrlə bağlı yeni suallar yaradır. İddiaya görə, o, pandemiyadan əvvəl, pandemiya dövründə və sonrasında virus araşdırmaları ilə bağlı Federal Təhqiqat Bürosu (FBI), Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Müdafiə Kəşfiyyat Agentliyi (DIA) və digər kəşfiyyat qurumları ilə əlaqələrini inkar edib.
Qabbard sosial şəbəkədə paylaşdığı videoda bildirib ki, sözügedən araşdırmaların pandemiyaya səbəb olmuş ehtimal edilən laboratoriya sızmasının mənbəyi olduğu düşünülür.
Qeyd olunur ki, Entoni Fauçi hələlik açıqlanan sənədlərə hər hansı reaksiya verməyib. Lakin o, daha əvvəl COVID-19-un mənşəyini gizlətməsi, Konqresi aldatması və təhlükəli tədqiqatları maliyyələşdirməsi ilə bağlı ittihamları dəfələrlə rədd edib./Bizim.Media
