Trampın yeni görüntüləri: Səhhətində problemlər var? - FOTOLAR

Trampın yeni görüntüləri: Səhhətində problemlər var? - FOTOLAR
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın yeni fotoları sosial mediada müzakirələrə səbəb olub. Şəkillərdə Trampın boynundakı qızartılar diqqət çəkdiyi kimi, ayağında da nəzərəçarpacaq şişkinlik görünür. 


Sfera.az xəbər verir ki, bu, onun sağlamlığı ilə bağlı yeni müzakirələrə səbəb olub.


Boynundakı qızartı yenidən gündəmdə


Trampın boynundakı qızartı və çapıq bir müddət öncə sosial mediada geniş müzakirələr yaratmışdı. Bəzi istifadəçilər çapığın makiyajla örtüldüyünü iddia ediblər. Görüntülər günlərlə müzakirə mövzusu oldu.


Ayağındakı şişkinlik diqqət çəkir


Son fotolarda Trampın şalvarının aşağı hissəsində şişkinlik nəzərə çarpır. Xüsusilə topuq və baldır nahiyəsindəki dolğunluq sosial media istifadəçilərinin diqqətindən yayınmayıb. Fotolarda Trampın tünd rəngli ayaqqabı və şalvar geydiyi, şalvarının aşağı hissəsinin adi haldan daha dolğun göründüyü müşahidə olunur.


Trampın sağlamlıq vəziyyəti necədir?


Ağ Ev əvvəlcə Trampın “xroniki venoz çatışmazlığı” adlanan damar xəstəliyinə tutulduğunu açıqlayıb. Bu vəziyyət ayaqlardakı damarların qanı ürəyə lazımi qədər qaytara bilməməsi nəticəsində şişkinliyə səbəb ola bilər. 


Rəsmilər bildirir ki, bu vəziyyət xüsusilə 70 yaşdan yuxarı insanlarda geniş yayılıb və ciddi sağlamlıq problemi hesab olunmur. Testlər dərin ven trombozu və digər ciddi damar xəstəliklərini aşkar etməyib. Boynundakı qızartı isə həkimlərin təyin etdiyi dəri kreminə müvəqqəti reaksiya ola bilər.

 

Mənsumə
Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ