Çörəkləri qurudub saxlayın

Çörəkləri qurudub saxlayın
Kateqoriya məlum deyil
T

Gündəlik həyatda bayatladığı üçün düşünmədən atdığımız çörək əslində fövqəladə hallarda "yaşam sığortası" ola bilər. Bu qida məhsulu təbii fəlakətlər və qidaya əlçatanlığın çətinləşdiyi anlarda bədənin enerji ehtiyacını qarşılayan əsas vasitədir.

 

Sfera.az xəbər verir ki, çörək düzgün üsullarla qurudulduqda, qida dəyərini itirmədən aylarla qala bilir. Çörəyi suxarıya çevirmək onu uzun müddət xarab olmadan saxlamağa imkan verir. Bu üsul həm israfın qarşısını alır, həm də evdə hazır ehtiyat yaradır. Quru çörəyin ən böyük üstünlüyü isə su və ya ocaq olmadığı hallarda belə dərhal istehlak edilə bilməsidir.

 

Lakin saxlama zamanı ciddi səhvə yol vermək olmaz. Amma, çörəyi sellofan torbada nəm saxlamaq kiflənməyə və zəhərlənməyə səbəb ola bilər. Ən doğru yol çörəyi dilimləyib tam qurutmaq, sonra isə parça torbalarda, quru mühitdə saxlamaqdır./demokrat
 

PAYLAŞ