Son 10 ilin ən pis qrip pandemiyası bütün dünyanı bürüyür

Son 10 ilin ən pis qrip pandemiyası bütün dünyanı bürüyür
Kateqoriya məlum deyil
T

Dünyanın müxtəlif yerlərindən gələn məlumatlar göstərir ki, bu qış son on ildə ən pis qrip mövsümü ola bilər. İngiltərədən Yaponiyaya, Cənubi Koreyadan ABŞ-a qədər bir çox ölkə A qripinin alt növü olan H3N2 (K altklade) virusunun təsiri səbəbindən qrip mövsümünə adi haldan daha tez girib. Cənub yarımkürəsində qış tam sürətlə davam edərkən, virusun ilk peyda olduğu və tarixinin ən şiddətli qrip epidemiyalarından biri ilə üzləşdiyi yer Avstraliya oldu. Soyuq havaların başlaması ilə virus şimal yarımkürəsinə də sürətlə yayılıb.

 


Sfera.az bildirir ki, H3N2 7 fərqli mutasiyaya məruz qalıb və immun sisteminin əvvəlki illərdə qurduğu müdafiə yaddaşını qismən aradan qaldırıb. Kembric Universitetinin professoru Derek Smit belə sürətli mutasiyaların qeyri-adi olduğunu bildirərək:

 “Virus yayın ortasında gözlənilməz təkamül göstərdi və təsirləri çox tez hiss olundu. Bunun qlobal nəticələri olacaq”-deyə bildirib. 

 


Normalda qrip halları oktyabrın sonu - noyabrın əvvəlində artır, lakin bu il təqvimdən təxminən bir ay əvvəl sürətlə artmağa başlayıb. İngiltərə, Yaponiya və Cənubi Koreyada məktəblərin açılması ilə hallar kəskin şəkildə artıb. Bir insanın orta hesabla nə qədər insanı yoluxdurduğunu göstərən R əmsalının bu mövsüm üçün 1,4 olaraq hesablanması bu sürətin əsas səbəblərindən biridir. Lakin adi qrip mövsümündə bu dəyər adətən 1,1-1,2 arasında dəyişir. Başqa sözlə, bu il virusa yoluxan 100 nəfər 140 yeni infeksiyaya səbəb olur.

Məlumatlar göstərir ki, xəstəlik əvvəlcə uşaqlarda və gənclərdə əhəmiyyətli dərəcədə artıb, sonra isə sürətlə yaşlı əhaliyə yayılıb. Böyük Britaniyada uşaqlar arasında qripin yayılması artıq rekord səviyyələrə çatıb. Cənubi Koreyada qrip səbəbindən tibbi yardıma müraciətlər cəmi bir həftə ərzində 122% artıb. Yaponiya yayılmanı yavaşlatmaq üçün 2000-dən çox məktəbi müvəqqəti olaraq bağlamalı olub. 

 

"Peyvənd olunmaq üçün ən vacib il"

Virus bu yeni mutasiyalara məruz qalmazdan əvvəl istehsal edilən bu ilki qrip peyvəndi "uyğunsuzluq" mövzusunda müzakirələrə səbəb olub. Lakin Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin ilkin nəticələri göstərir ki, peyvənd uşaqlarda xəstəxanaya yerləşdirilmənin qarşısını almaqda 70-75% effektivdir. Yetkinlərdə bu nisbət 30-40%-ə düşsə də, mütəxəssislər "peyvənd olunmaq üçün ən vacib ildir" xəbərdarlığını təkrarlayırlar.

Xüsusilə Böyük Britaniyada səhiyyə dairələri yüksək hazırlıq vəziyyətindədir. Qan qohumluğu və ağır hava nəqliyyatı səbəbindən virusun Avstraliyadan ilk çatdığı yerlərdən biri olan Böyük Britaniya böyük bir qrip dalğasına hazırlaşır. "The Guardian" qəzetinin məlumatına görə, bu, ölkənin son on ildə üzləşdiyi ən böyük qrip epidemiyası ola bilər. Mövsümün erkən başlaması və əhalinin əhəmiyyətli bir hissəsinin peyvənd olunmaması dalğanı daha da şiddətləndirir. Vəziyyəti İngiltərədə uzunmüddətli xəstəlikləri olan yüksək risk qrupları arasında belə peyvənd nisbətlərinin üçdə birdən aşağı olması daha da ağırlaşdırır.

 

Aynil

PAYLAŞ