Bu xəstəliklər kişilərdə daha tez başlayır

Bu xəstəliklər kişilərdə daha tez başlayır
Kateqoriya məlum deyil
T

Kişilərdə ürək-damar xəstəlikləri riski qadınlarla müqayisədə təxminən 7 il daha tez, orta hesabla 35 yaşdan etibarən formalaşmağa başlayır.

 

Sfera.az xəbər verir ki, 50 yaşa çatdıqda isə növbəti 10 il üçün ürək xəstəliyi riski kişilərdə 6 faiz, qadınlarda isə 3 faiz təşkil edir.


Ürək xəstəlikləri qəfil ortaya çıxmır, uzun illər ərzində tədricən inkişaf edir. Bu səbəbdən erkən mərhələdə görülən profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə 30–40 yaş aralığında mütəmadi tibbi müayinələrdən keçmək, arterial təzyiqin, xolesterol və qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq tövsiyə olunur. Sağlam qidalanma və davamlı fiziki aktivlik isə riskin azaldılmasında mühüm rol oynayır.


Qadınlarda ürək-damar xəstəlikləri riski əsasən menopozdan sonra artır. Bu dövrdə estrogen hormonunun azalması risk faktorlarını gücləndirir və kişilərlə qadınlar arasındakı fərq sürətlə azalır. Hər iki cins üçün vaxtında profilaktika tədbirləri həyat üçün həlledici əhəmiyyət kəsb edir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ