Ermənistan Rusiya ilə razılığa gəldi

Kateqoriya məlum deyil
T
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 6-da Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə ölkəsinin ixrac məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı razılığa gəldiklərini açıqlayıb.
Sfera.az xəbər verir ki, tərəflər arasında keçirilən müzakirələri açıq, səmimi və dostluq mühitində kimi qiymətləndirən N. Paşinyan detalları hazırda gizli saxlayıb:
"Razılaşmaların təfərrüatlarını açıqlamayacağam. Gözləyək ki, onlar reallığa çevrilsin və nəticəni özünüz görəsiniz".
Xatırladaq ki, Rusiya tərəfi bir müddət əvvəl müəyyən pozuntuları əsas gətirərək Ermənistandan gələn mineral sular, spirtli içkilər, eləcə də meyvə-tərəvəz məhsullarının idxalına məhdudiyyətlər qoymuşdu./Teleqraf
Açar sözlər:
