Paşinyan Trampa məktub göndərdi - Azərbaycandan da yazdı

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Administrasiyası məlumat yayıb.
Nikol Paşinyan məktubunda ABŞ-Ermənistan münasibətləri ilə yanaşı, sülh prosesi və “Tramp marşrutu” layihəsinə də yer verib:
“Ermənistanla ABŞ-ni təkcə ortaq maraqlar yox, həm də sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş uzunmüddətli dostluq əlaqələri birləşdirir. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz qətiyyətli liderliyi xüsusi vurğulamaq istərdim. Reallaşdırılması istiqamətində ölkələrimizin əməkdaşlığının artıq praktiki mərhələyə keçdiyi “Tramp marşrutu” layihəsi bu sülhün mühüm təminatlarından biri olacaq və daha dinc, qarşılıqlı əlaqəli və firavan regionun formalaşmasına yol açacaq”.
