İran Makrona cavab verdi: "Hörmüz bizim öhdəliyimizdədir"

İran Makrona cavab verdi: "Hörmüz bizim öhdəliyimizdədir"
Kateqoriya məlum deyil
T

İran XİN sözçüsü İsmayıl Bəqayi Fransa Prezidenti Emmanuel Makronun minaların təmizlənməsi ilə bağlı tərəfdaşlarla əməkdaşlıq edəcəkləri barədə açıqlamasına cavab verib.

Sfera.az xəbər verir ki, Bəqayi bildirib ki, Hörmüz boğazındakı minaların təmizlənməsi İranın öhdəliyində olan məsələdir və digər ölkələrin bu prosesə müdaxiləsinə ehtiyac yoxdur.

“İranın məsuliyyətində olan məsələlərə başqalarının qarışmasına ehtiyac yoxdur. Hər məsələ ilə bağlı fikir bildirmək məsuliyyət daşımaq demək deyil”, - deyə o qeyd edib.

İran rəsmisi ABŞ ilə yeni danışıqların hələ planlaşdırılmadığını da açıqlayıb. Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı proses davam edir və nəticə əldə olunacağı gözlənilir.

Bəqayi vurğulayıb ki, ABŞ ilə danışıqlar prosesinə başlamaq üçün əvvəlcə razılaşmadakı maddələrin yerinə yetirilməsi və bunun davamlı şəkildə təmin olunması lazımdır.

“Qarşı tərəf öz öhdəliklərini yerinə yetirdiyi müddətcə biz də öhdəliklərimizi yerinə yetirəcəyik. Sabah ekspert heyətimiz Qətərdə İranın dondurulmuş vəsaitləri ilə bağlı görüş keçirəcək”, - deyə o bildirib.

İran XİN sözçüsü ABŞ-nin son hücumları ilə bağlı da açıqlama verərək, ölkəsinin bütün təşəbbüsləri cavabsız qoymadığını və İran silahlı qüvvələrinin istənilən hücuma qarşı cavab verməyə hazır olduğunu deyib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ