İran Prezidenti: 12 milyardlıq aktivlərin yarısı açılır

İran və Qətər əmirlikdə saxlanılan İran aktivlərinin ümumilikdə 12 milyard dollarından 6 milyard dollarının açılması barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkyan bildirib. İran prezidentinin mətbuat xidməti onun sözlərini sitat gətirib:
"Əldə edilən razılaşmalara əsasən, Qətərdə saxlanılan İran fondlarının ümumi 12 milyard dollarından 6 milyard dolları açılacaq və ölkəyə qaytarılacaq. Bu vəsaitlərin qalan hissəsinin qaytarılması üçün lazımi işlər də davam edir".
Qeyd edək ki iyunun 20-də "The Wall Street Journal" qəzeti ABŞ-nin Qətərlə birlikdə İrana humanitar yardım almaq üçün dondurulmuş aktivlərinin bir hissəsindən istifadə etməyə imkan verən mexanizm üzərində işlədiyini bildirib. Qəzetin məlumatına görə, Tehran əvvəlcə Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə bilər.
Firuzə Əliyeva
Sfera.az
