Rusiya Ayda nüvə enerji stansiyası tikəcək

Rusiya Ayda nüvə enerji stansiyası tikəcək
Kateqoriya məlum deyil
T

Rusiya Federal Kosmik Agentliyinin (Roscosmos) 2036-cı ilə qədər Ayda nüvə enerji stansiyası yaratmağı planlaşdırdığı bildirilib.

Sfera.az xəbər verir ki, layihə Rusiyanın Ay proqramı çərçivəsində həyata keçiriləcək və beynəlxalq əməkdaşlıq layihələrinə də daxil edilə bilər. Nüvə stansiyasının gələcək Ay bazalarının enerji təminatında mühüm rol oynayacağı gözlənilir.

Mütəxəssislər hesab edir ki, Ayda uzunmüddətli missiyaların həyata keçirilməsi üçün davamlı enerji mənbəyi əsas məsələlərdən biridir. Günəş enerjisindən fərqli olaraq, nüvə enerji sistemi Ayın uzun gecələri və sərt şəraitində daha stabil işləyə bilər. Rusiya bu layihə ilə kosmik tədqiqatlarda mövqeyini gücləndirməyi və Ayda daimi fəaliyyət imkanları yaratmağı hədəfləyir. Layihənin digər ölkələrlə birgə həyata keçirilməsi ehtimalı da müzakirə olunur.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ