Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi
Kateqoriya məlum deyil
T

Türkiyədə azərbaycanlıya vəzifə verilib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyasının rəhbəri Taha Akgül müvafiq sənəd imzalayıb.

Bildirilib ki, azərbaycanlı Əjdər Cəfərov Türkiyə Güləş Federasiyasının (TGF) Beynəlxalq Nümayəndəlik və Xarici Əlaqələr Direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əjdər Cəfərov bu ilin fevral ayında Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsinə təyinat alıb. O, 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. Ə.Cəfərov idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.


PAYLAŞ