Paşinyan parlament seçkilərində səs verib

Paşinyan parlament seçkilərində səs verib
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib.

 

Ermənistan hökumətinin başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonundakı seçki məntəqəsinə gəlib.

 

Qeyd edək ki, parlament seçkilərində on səkkiz siyasi qüvvə - 16 partiya və iki partiya bloku iştirak edir. Ölkə üzrə 2 000-dən çox seçki məntəqəsi açılıb.
 

Partiyalar üçün seçki həddi 4 %, iki və ya üç partiyadan ibarət bloklar üçün 8 %, dörd və ya daha çox partiyadan ibarət birliklər üçün isə 10 % təşkil edir. Qanunla minimum seçici fəallığı həddi nəzərdə tutulmayıb.
 

PAYLAŞ