Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmayacaq - Paşinyan

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmayacaq - Paşinyan
Kateqoriya məlum deyil
T

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmayacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

 

“Biz nəinki Aİİ-dən çıxmayacağıq, həm də Ermənistanın iqtisadi maraqlarını qorumaq üçün öz rıçaqlarımızdan istifadə edəcəyik”, - o qeyd edib.

 

Eyni zamanda o bildirib ki, Axalkalaki–Qars dəmir yolu Ermənistan vasitəsilə ixrac üçün açılıb və yaxın vaxtlarda həmin dəmir yolu boyunca potensial bazarların araşdırılması məqsədilə biznes nümayəndə heyətlərinin görüşləri keçiriləcək./APA

PAYLAŞ