Türkiyədə güclü ZƏLZƏLƏ: Ölən və yaralananlar var

Türkiyədə güclü ZƏLZƏLƏ: Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
T

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

 

Sfera.az axar.az-a istinadən bildirir ki,  bu barədə "Dawn" nəşri yerli administrasiyaya istinadən məlumat yayıb.

 

Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.

 

Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

 

"12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib.

PAYLAŞ