II Qaregin ifadə verməkdən imtina etdi

Kateqoriya məlum deyil
T
Bütün ermənilərin katolikosu II Qaregin müstəntiqlərə ifadə verməkdən imtina edib.
Sfera.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Fevralın 14-də vəkil Ara Zöhrabyan Ermənistan Baş Prokurorluğunun II Qareginə qarşı cinayət işi açdığını və onun ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb. Cinayət işi katolikosun məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə açılıb.
