Pilot təyyarə ilə səmaya “Darıxdım” yazdı

Pilot təyyarə ilə səmaya “Darıxdım” yazdı
Kateqoriya məlum deyil
T

İngiltərədə bir aviaşirkətin gənc pilotu sınaq uçuşu zamanı təyyarənin uçuş marşrutundan istifadə edərək səmada “Darıxdım” sözünü yazıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İngiltərə ilə Uels sərhədi yaxınlığında baş verib. Pilotun idarə etdiyi Ravenair şirkətinə məxsus təyyarənin uçuş marşrutu Flightradar24 platformasında qeydə alınıb və qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məlumata görə, ümumilikdə iki saat davam edən sınaq uçuşu zamanı pilot “Darıxdım” sözünü yaratmaq üçün təxminən 20 dəqiqə ərzində ardıcıl və kəskin döngələr edib.

Hadisədən sonra pilotun cəzalandırıldığı barədə iddialar yayılsa da Ravenair şirkəti bunu təkzib edib. Şirkət nümayəndələri 20 yaşlarında olan pilotun heç bir intizam tədbiri ilə üzləşmədiyini, planlaşdırıldığı kimi məzuniyyətə göndərildiyini açıqlayıblar.

Ravenair-in əməliyyatlar üzrə meneceri Ueyn Barrett bildirib ki, sınaq uçuşları təyyarədə aparılan texniki işlərdən sonra bütün sistemlərin normal işlədiyini yoxlamaq məqsədi daşıyır.

“Bu uçuş zamanı heç bir nasazlıq aşkar edilmədi. Təyyarə təhlükəsiz şəkildə anqara qayıtdı və pilot həmin gün planlaşdırılmış məzuniyyətə yollandı”, – deyə Barrett qeyd edib.

Mənsumə

Sfera.az

PAYLAŞ