Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni və aparıcı Seda Sayan evlilik və münasibətlərlə bağlı səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib.

Sfera.az xəbər verir ki, açıq fikirləri ilə tanınan Seda Sayan “Kafa TV” adlı “YouTube” proqramında evli cütlüklərin sosial çevrəsi ilə bağlı diqqətçəkən açıqlama verib.

Sayan bildirib ki, evli insanların evinə subay dostların tək gəlməsi düzgün deyil. O, bu məsələdə ailə münasibətlərinin qorunmasının vacib olduğunu vurğulayaraq deyib:

“Əgər evlisinizsə həyat yoldaşınızın subay dostunu evə dəvət etməyin. Gələcəksə həyat yoldaşı ilə birlikdə gəlsin”.

Məşhur aparıcının bu sözləri qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Seda Sayanın fikirlərini dəstəkləyərək bunun ailə münasibətlərinə müsbət təsir göstərə biləcəyini bildiriblər. Digərləri isə onun açıqlamasını həddindən artıq sərt və şişirdilmiş hesab ediblər.

Qeyd edək ki, Seda Sayan son dövrlərdə münasibətlər və ailə həyatı ilə bağlı səsləndirdiyi fikirlərlə tez-tez sosial medianın gündəminə çevrilib.

Mənsumə

Sfera.az

PAYLAŞ