Tuba Büyüküstün illər sonra etiraf etdi

Tuba Büyüküstün illər sonra etiraf etdi
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstün keçmiş həyat yoldaşı Onur Saylakla boşanma prosesi barədə illər sonra ilk dəfə səmimi açıqlamalar verib.

Sfera.az xəbər verir ki, məşhur aktrisa “Yarğısız” (“Mühakimə Olmadan”) adlı “YouTube” proqramında 2017-ci ildə başa çatan evliliyindən, həmin dövrdə yaşadığı çətinliklərdən və analıq həyatından danışıb.

Tuba Büyüküstün və Onur Saylak 2011-ci ildə Parisdə ailə həyatı qurublar. Cütlüyün Maya və Toprak adlı əkiz qızları var. Altı il davam edən evlilik 2017-ci ildə başa çatıb.

Boşanmadan sonra uzun müddət televiziya layihələrindən uzaq qalan aktrisa həmin illərin həyatının ən ağır dövrü olduğunu bildirib.

“Evliliyi bitirmək və belə bir qərar vermək heç də asan deyil. Xüsusilə də uşaqlarınız olanda... Bunu milyonlarla insanın gözü qarşısında yaşamaq, hər cür fikirlə qarşılaşmaq çox yorucudur. Həmin dövrdə qızlarımla birlikdə olmalı idim. Təxminən 3-4 il işləmədim. Bu, həyatımın ən çətin dövrü idi”, – deyə o bildirib.

Aktrisa əlavə edib ki, həmin dövrdə özünü və övladlarını qorumaq üçün bəzi səslərə və tənqidlərə məhəl verməməyi seçib.

Tuba Büyüküstün uşaqlarını tək böyütdüyünü də vurğulayıb. Onun sözlərinə görə, boşandıqdan sonra heç vaxt köməkçisi olmayıb və bütün işlərini qızlarının qrafikinə uyğun planlaşdırıb.

“Uşaqlarıma özüm baxıram. Əgər onlarla keyfiyyətli vaxt keçirə bilməyəcəmsə, bunun mənası yoxdur. Hazırda mənim üçün ən böyük prioritet övladlarımla birlikdə olmaqdır”, – deyə aktrisa bildirib.

Karyerasının ən uğurlu dövründə ekranlardan uzaqlaşmasına da münasibət bildirən Büyüküstün analıq və peşəsi arasında seçim etmədiyini qeyd edib:

“Analıq həyatımın ayrılmaz hissəsidir. İşim isə həyatımın bir parçasıdır. Mən analıqla iş arasında deyil, həyatımla işim arasında seçim etdim və həyatımı seçdim”.

Qeyd edək ki, Tuba Büyüküstün 2017-ci ildə televiziya layihələrinə fasilə verdikdən sonra uzun müddət heç bir serialda rol almayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ