Süni intellekt təhlükəsi böyüyür

Yaponiyada 2025-ci ilin iyun-avqust ayları ərzində məşhur şəxslərin və səsləndirmə sənətçilərinin səs və görüntülərindən icazəsiz istifadə edilərək süni intellekt vasitəsilə hazırlanmış 43 mindən çox saxta video və şəkil aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya Tanıtım Hüquqlarının Qorunması Təşkilatına istinadən məlumat yayıb.
Bildirilib ki, təşkilat sosial media platformalarında yayımlanan paylaşımları araşdırıb. Araşdırma nəticəsində 2025-ci ilin iyun-avqust dövründə yapon məşhurların və səsləndirmə sənətçilərinin səs və görüntülərinin icazəsiz istifadə olunduğu süni intellektlə yaradılmış 43 mindən artıq foto və video müəyyən edilib.
Məlumata görə, bu saxta məzmunlar nəticəsində məşhurlar və digər hüquq sahiblərinin ümumi iqtisadi zərəri 12-28 milyon dollar arasında qiymətləndirilir. Həmin görüntü və videoların isə ümumilikdə təxminən 335 milyon dəfə izlənildiyi qeyd olunub.
Təşkilatın nümayəndəsi bildirib ki, icazəsiz istifadə şübhəsi doğuran paylaşımların bu qədər geniş yayılması ciddi narahatlıq yaradır. Onun sözlərinə görə, xüsusilə səs yazılarının orijinal olub-olmadığını müəyyən etmək olduqca çətindir və aşkarlanan hallar problemin yalnız görünən hissəsini əks etdirir.
Mənsumə
