İsrail genişmiqyaslı hücuma hazırlaşır

İsrail genişmiqyaslı hücuma hazırlaşır
Kateqoriya məlum deyil
T

İsrailin “Maariv” qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, İsrail ordusu İranla yenidən genişmiqyaslı qarşıdurmanın baş verməsi və ya Tehranın İsrailə hücum etməsi ehtimalına qarşı ölkənin strateji infrastrukturunu hədəf alan geniş əməliyyat planını hazırlayıb.

Sfera.az xəbər verir ki, iddialara əsasən, mümkün hədəflər sırasında İranın neft və təbii qaz obyektləri, elektrik stansiyaları, sənaye müəssisələri, nəqliyyat infrastrukturu və Xark adası yer alır. Mənbənin sözlərinə görə, siyasi rəhbərlik əməliyyata icazə verərsə, əvvəlki qarşıdurmalarda hədəfə alınmayan strateji obyektlər də bu dəfə vurula bilər.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda İsraildə ABŞ-ın minlərlə hərbçisi və əhəmiyyətli hava qüvvələri yerləşdirilib. Təhlükəsizlik mənbəsi hesab edir ki, mümkün hərbi eskalasiya zamanı bu qüvvələr mühüm rol oynaya bilər.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqlara razılıq verdiyini açıqlayıb. Bununla yanaşı, o, özünə qarşı mümkün sui-qəsd cəhdi olacağı təqdirdə İranın ağır zərbələrlə üzləşəcəyini bildirib.

İranın baş müzakirəçisi Məhəmməd Baqir Qalibaf isə ölkəsinin heç bir halda təslim olmayacağını bəyan edib. Pakistanın Baş naziri Şahbaz Şərif də tərəfləri əldə olunan sülh imkanlarını qorumağa çağırıb.

Qeyd edək ki, “Maariv” qəzetinin yaydığı məlumatlar və ABŞ mətbuatında yer alan iddialar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Mənsumə

Sfera.az

PAYLAŞ