Başak Dizer hamiləlik iddialarına aydınlıq gətirdi

Kateqoriya məlum deyil
T
Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer ilə bağlı yayılan ikinci dəfə valideyn olacaqları barədə iddialar təkzib edilib.
Sfera.az xəbər verir ki, son günlər Türkiyə mətbuatında cütlüyün ikinci övladını gözlədiyi barədə xəbərlər yayılıb.
Başak Dizer Türkiyəli jurnalist Birsen Altuntaşa verdiyi açıqlamada hamiləlik iddialarını təkzib edib. O, “Xeyr, doğru deyil” sözləri ilə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə ailə qurublar. Cütlüyün 2022-ci ildə dünyaya gələn Kurt Efe adlı bir oğulları var. Başak Dizerin açıqlaması ilə ikinci övladla bağlı yayılan söz-söhbətlərə də son nöqtə qoyulub.
Mənsumə
