Yay gecələrində rahat yuxu üçün bu üsulları sınayın

Yay gecələrində rahat yuxu üçün bu üsulları sınayın
Kateqoriya məlum deyil
T

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu rejiminə mənfi təsir göstərir. Gecələr yuxuya getməkdə çətinlik çəkmək, tez-tez oyanmaq və səhərlər yorğun hiss etmək ən çox rast gəlinən problemlərdəndir.

Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisioner olmadan da yataq otağını daha sərin saxlamaq və yuxu keyfiyyətini artırmaq mümkündür. Bunun üçün gün ərzində günəş şüalarının otağa daxil olmasının qarşısını almaq, pəncərələri yalnız havanın daha sərin olduğu saatlarda açmaq və evdə təbii hava dövranı yaratmaq tövsiyə edilir.

Bundan başqa, soba və paltarqurutma maşını kimi istilik yayan məişət cihazlarından günün sərin vaxtlarında istifadə etmək, pambıq və kətan kimi nəfəs alan parçalardan hazırlanmış yataq dəsti və geyimlər seçmək də gecə rahatlığını artırır.

Mütəxəssislər həmçinin ventilyatordan düzgün istifadə etməyi, mümkün olduqda evin daha sərin otağında yatmağı və yatağın yaxınlığında buz torbası və ya sərinləşdirici yastıq kimi vasitələrdən yararlanmağı məsləhət görürlər. Sadə görünən bu tədbirlər isti yay gecələrində daha rahat və keyfiyyətli yuxu almağa kömək edə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ