“Redmi Note 17” seriyasının yeni xüsusiyyətləri ortaya çıxdı

“Redmi Note 17” seriyasının yeni xüsusiyyətləri ortaya çıxdı
Kateqoriya məlum deyil
T

“Xiaomi”-nin alt brendi “Redmi”-nin yeni “Redmi Note 17” seriyası ilə bağlı diqqətçəkən məlumatlar sızdırılıb. Şirkətin bu ayın sonunda “Note 16” seriyasını təqdim etmədən birbaşa “Note 17” ailəsini bazara çıxaracağı iddia edilir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təqdimata az qalmış seriyaya daxil olacaq modellərin texniki xüsusiyyətləri məlum olub. Məlumata görə, yeni ailəyə “Redmi Note 17”, “Redmi Note 17 Pro”, “Redmi Note 17 Pro Max” və “Redmi Note 17R” modelləri daxil olacaq.

Sızdırılan görüntülərə əsasən, bütün modellər stereo dinamiklər və “Android 16” əməliyyat sistemi əsasında hazırlanan HyperOS 3.1 istifadəçi interfeysi ilə təchiz ediləcək.

Yeni seriyanın ən diqqətçəkən yeniliklərindən biri isə batareya tutumu olacaq. Bildirilir ki, standart və “Pro” modellərində 67 Vt sürətli enerji doldurma texnologiyasını dəstəkləyən 9000 mAh tutumlu batareyadan istifadə ediləcək. Bu göstərici əvvəlki nəsillə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

Seriyanın flaqman modeli hesab edilən “Redmi Note 17 Pro Max” isə 10 100 mAh tutumlu batareyası ilə bazarda yeni rekord müəyyənləşdirə bilər.

Texniki göstəricilərə gəlincə, standart “Redmi Note 17” modelinin 6,83 düymlük 1,5K təsvir ölçülü düz ekran və Snapdragon 6 Gen 5 prosessoru ilə təchiz ediləcəyi bildirilir. “Redmi Note 17 Pro Max” modelində isə 1,5K təsvir ölçülü düz OLED ekran və Dimensity 7500 çipsetinin yer alacağı qeyd olunur.

Kamera imkanları da modellər arasında fərqlənəcək. Standart və “Pro”versiyalarında 50 meqapiksellik əsas kamera nəzərdə tutulduğu halda, “Redmi Note 17 Pro Max” modeli 200 meqapiksellik əsas kamera ilə istifadəçilərə təqdim olunacaq.

Qeyd edək ki, “Xiaomi” hələlik “Redmi Note 17” seriyası ilə bağlı rəsmi təqdimat tarixi və texniki xüsusiyyətləri təsdiqləməyib. Hazırda yayılan məlumatlar sızdırılmış məlumatlara əsaslanır.

Mənsumə

Sfera.az

PAYLAŞ