Meqastar Tarkan imicini dəyişdi

Meqastar Tarkan imicini dəyişdi
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur pop müğənnisi Tarkan yeni imici ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, sənətçi Almaniyanın Dortmund şəhərində pərəstişkarları üçün təşkil olunan açıq hava konsertindən dərhal sonra saçlarını qısa kəsdirib.

Meqastar ləqəbi ilə tanınan Tarkan son aylarda Türkiyədə verdiyi silsilə konsertlərlə gündəmdədir. İstanbul və Ankaradakı uğurlu çıxışlarından sonra müğənni bu dəfə Dortmundun Vestfalenparkında minlərlə pərəstişkarı qarşısında səhnəyə çıxıb.

Təxminən iki saat davam edən konsert zamanı Tarkan sevilən hitlərini ifa edib və tamaşaçılara unudulmaz anlar yaşadıb.

Konsertdən sonra sosial media hesabında paylaşım edən müğənni yay mövsümü üçün imicində dəyişiklik etdiyini açıqlayıb. Yeni saç düzümünü izləyiciləri ilə bölüşən Tarkan paylaşımında bunları yazıb:

“Yeri gəlmişkən, Dortmund konsertində səhnədən düşən kimi saçlarımı yay üçün səhnə arxasında çox qısa kəsdirdim. Necə görünür? Bəyəndinizmi?”

Müğənninin yeni görünüşü qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və pərəstişkarlarının əksəriyyəti yeni imicini bəyəndiyini bildirib.

Mənsumə

Sfera.az

Açar sözlər:
PAYLAŞ