Uşaq bağçasından ayaqqabı oğurlandı

Uşaq bağçasından ayaqqabı oğurlandı
Kateqoriya məlum deyil
T

Yaponiya Fukuokada yerləşən bir uşaq bağçasında uşaqların əşyaları sistematik şəkildə yoxa çıxmağa başlayıb. Araşdırmadan sonra polis nəhayət sözdə oğrunu müəyyən etsə də, onu məsuliyyətə cəlb edə bilməyəcəklər.

Sfera.az bildirir ki, Yaponiyanın cənub-qərbindəki bir təhsil müəssisəsində qeyri-adi bir hadisə baş verib: uşaq ayaqqabıları yoxa çıxmağa başlayıb. Hüquq-mühafizə orqanları müşahidə videosunu nəzərdən keçirdikdən sonra oğrunu dərhal müəyyən ediblər. Günahkar adi bir dələ olub. Bu həyasız kiçik heyvan cinayət yerindəki müşahidə kameralarında ağzında ayaqqabı ilə düşüb.

"İnsan olmaması yaxşıdır"- deyə polis rəis müavini Hiroaki İnada bildirib.

Həmçinin bildirilir ki, heyvan ayaqqabıları ətrafa ataraq müəssisəni dağıtmağı sevir. Ümumilikdə dələ 15 cüt ayaqqabı oğurlayıb. Oğurlanmış ayaqqabılar heç vaxt tapılmayıb, qalanları şkaflar torla bərkidildiyi üçün nisbətən təhlükəsiz qalıb.

Açar sözlər:
PAYLAŞ