“Apple” “iPhone 17” istehsalını 15 faiz azaldır

“Apple” “iPhone 17” seriyasının istehsal planını təxminən 15 faiz azaltmaq qərarına gəlib. Yayılan məlumata görə, şirkət bazardakı tələbin yavaşlamasını nəzərə alaraq göndərmə hədəflərini yenidən müəyyənləşdirir.
Sfera.az xəbər verir ki, qlobal smartfon bazarında yalnız “Apple” deyil, “Xiaomi”, “OPPO”, “vivo” və “Honor” kimi istehsalçılar da tədarük planlarını 15-30 faiz azaldıblar. Sənaye mənbələri bunu bazardakı təbii məhsul yenilənməsi dövrü ilə əlaqələndirirlər.
Buna baxmayaraq, “iPhone 17” seriyası 2026-cı ilin ilk rübündə 6 faiz bazar payı ilə dünyanın ən çox satılan smartfon seriyası olub. “Apple” həmçinin bu seriya ilə satışa çıxarıldığı gündən bəri 85,2 milyard dollarlıq rekord “iPhone” gəliri əldə edib.
Mütəxəssislərin fikrincə, satış tempinin zəifləməsi istifadəçilərin sentyabrda təqdim ediləcək yeni nəsil “iPhone” modellərini gözləməsi ilə bağlıdır. Gözləntilərə görə, “Apple” bu payız “iPhone 18 Pro” seriyasını və ilk qatlanan telefonunu təqdim edəcək.
Mənsumə
