Zelenski çarəsizliyini etiraf etdi: “Raketlərin qarşısını ala bilmədik”

Zelenski çarəsizliyini etiraf etdi: “Raketlərin qarşısını ala bilmədik”
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun paytaxt Kiyevdəki hərbi sənaye obyektlərinə endirdiyi genişmiqyaslı cavab zərbələrindən sonra ölkənin hava hücumundan müdafiə (HHM) sisteminin çətin vəziyyətə düşdüyünü etiraf edib. Dövlət başçısı Rusiya ballistik raketləri qarşısında çarəsiz qaldıqlarını açıqlayıb.

Sfera.az xəbər verir ki, Rəsmi sosial şəbəkə hesabından açıqlama verən Ukrayna lideri vəziyyətin ağırlığını dilə gətirib.

Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərə qarşı bəzi nəticələr göstərdiyini qeyd edən Zelenski, əsas vurucu güc qarşısındakı uğursuzluğu bu sözlərlə ifadə edib:

"Ukrayna hava hücumundan müdafiə qüvvələri ötən gecə Rusiyanın ballistik raketlərinin zərbələrini dəf edə bilmədi. Təəssüf ki, ballistik raketlərə qarşı heç bir nəticə göstərə bilmədik".

Kiyev şəhərinin meri Vitali Kliçko raket zərbələrini şəhərin bu günə qədər qarşılaşdığı "ən kütləvi hücum" adlandıraraq dağıntıların miqyasının böyük olduğunu vurğulayıb.

Ukrayna mediasına istinadən verilən məlumata görə, paytaxt Kiyevdə gecə saatlarında bir sıra güclü partlayışlar qeydə alınıb. Hadisənin ardınca Rusiya Müdafiə Nazirliyi hərbi sənaye kompleksi və yanacaq-energetika obyektlərinin dəqiq zərbələrlə vurulduğunu bəyan edib.

Məlumata görə, yüksək dəqiqlikli silahlarla həyata keçirilən əməliyyat nəticəsində aralarında PUA istehsalı müəssisələrinin də olduğu ən azı 6 kritik hərbi zavoda ciddi ziyan dəyib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ