Bu ölkə 70 ildən sonra “Eurovision”a qoşuldu

Kanada uzun illər davam edən gözləntidən sonra nəhayət “Eurovision” Mahnı Müsabiqəsinə qatılmaq hüququ əldə edib.
Sfera.az xəbər verir ki, müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) ötən həftə Praqa şəhərində keçirilən Baş Assambleyada tarixi qərar qəbul edib.
Səsvermənin nəticəsinə əsasən, Kanada qurumun tamhüquqlu üzvü seçilib və bununla da “Eurovision”a birbaşa qatılmaq hüququ qazanıb.
Beləliklə, coğrafi mövqeyinə görə indiyədək müsabiqədə rəsmi şəkildə iştirak edə bilməyən Kanada üçün 70 ilə yaxın davam edən gözlənti sona çatıb.
Qeyd edək ki, Kanada indiyədək rəsmi iştirakçı olmasa da, “Eurovision” tarixi ilə sıx bağlı ölkələrdən biridir. Belə ki, dünya şöhrətli kanadalı müğənni Celine Dion 1988-ci ildə İsveçrəni təmsil edərək müsabiqənin qalibi olub.
Xatırladaq ki, ilk dəfə 1956-cı ildə keçirilən “Eurovision” Mahnı Müsabiqəsi Kanadanın da qoşulması ilə artıq qitələrarası musiqi platformasına çevriləcək.
Bəsti Rəfizadə
