Fahriye Evcen illər sonra yenidən ekranlara qayıdır

Uzun müddətdir televiziya ekranlarından uzaq qalan tanınmış aktrisa Fahriye Evcen iddialı bir layihə ilə geri qayıdır. Sənətçi, ATV-nin yeni mövsümdə reytinqləri alt-üst etməyə hazırlaşan “Hamal” serialı üçün rəsmi müqavilə imzalayıb.
Sfera.az xəbər verir ki, sonuncu dəfə 2021-ci ildə TRT 1 ekranlarında yayımlanan “Alparslan: Büyük Selçuklu” serialı ilə tamaşaçı qarşısına çıxan Evcen uzun fasilədən sonra yeni layihəyə “hə” deyib.
Məşhur jurnalist Birsen Altuntaşın yaydığı xəbərə görə, Fahriye Evcen “Hamal” serialında baş rolun qadın qəhrəmanı olacaq. Layihədə onun tərəf-müqabili isə ekranların usta siması Oktay Kaynarca olacaq. Qeyd edək ki, Kaynarca serialda həm baş rolu canlandıracaq, həm də layihənin prodüseri kimi çıxış edəcək.

Güclü heyəti ilə diqqətçəkən serialın ssenarisini Kerem Deren və Hazal Tenim qələmə alır. Ekran işinin rejissor kürsüsündə isə Mustafa Şevki Doğan əyləşəcək.
Fahriye Evcenin ekranlara möhtəşəm dönüşü pərəstişkarlarını sevindirsə də layihə ilə bağlı ən çox danışılan mövzulardan biri baş rol ifaçıları arasındakı yaş fərqi olub. Oktay Kaynarca ilə Fahriye Evcen arasındakı 21 illik yaş fərqi sosial mediada böyük müzakirələrə və mübahisələrə səbəb olub.
İzləyicilərin bir qismi bu ikilinin ekrandakı harmoniyasının maraqlı olacağını düşünsə də digər bir qrup bu yaş fərqinin vizual olaraq uyğun gəlməyəcəyini iddia edib.
Mənsumə
