Partlayış zamanı hər iki ayağını itirdi

Partlayış zamanı hər iki ayağını itirdi
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Monakoda yaşayış binasının girişində baş verən partlayış nəticəsində bir qadın ağır yaralanıb. Qadın partlayış nəticəsində hər iki ayağını itirib və vəziyyəti ağırdır.

Sfera.az bildirir ki, media orqanları Monakoda baş verən partlayışda ağır yaralanan qadının adını açıqlayıb. Qadın Anna Nasobina kimi müəyyən edilib.

Qeyd edək ki, hadisə 58 yaşlı ukraynalı iş adamı Vadim Yermolayevin olduğu binada baş verib və o da ağır yaralanıb. Jurnalistlərin məlumatına görə, 46 yaşlı Anna Nasobina əvvəlcə səhvən iş adamının həyat yoldaşı kimi təyin edilib, lakin sonradan onun onun sevgilisi olduğu məlum olub. Partlayışdan sonra o, Nitsadakı xəstəxanaya aparılıb. Həkimlər onun həyatı uğrunda mübarizə aparır.

Həmçinin bildirilib ki, Nasobina və Yermolayevin 13 yaşlı oğlu da hadisədə yaralanıb. Onun vəziyyəti hazırda stabildir. Partlayışdan sonra ailə Fransa təhlükəsizlik xidmətləri tərəfindən ciddi nəzarət altındadır.

Bundan əlavə, partlayış zamanı iş adamının yanında kimin olması ilə bağlı mediada çaşqınlıq yaranıb.

Yermolayevin həyat yoldaşı faciə zamanı təhlükəsiz olduğunu və Monakodakı hadisələrlə heç bir əlaqəsi olmadığını bildirib.

Jurnalistlərin məlumatına görə, Anna Nasobina uzun müddət Böyük Britaniyada yaşayıb, vəkil işləyib və Londonda yerləşən biznes strukturları ilə əlaqəli olub.

Mediada yayılan məlumatlara görə, Anna Nasobina Dneprdə anadan olub və özünü sosial və mədəni tədbirlərin təşkilatçısı kimi təqdim edir. 2016-cı ildə psixoloq Yuliya Polivoda ilə birlikdə Avropanın müxtəlif şəhərlərində, xüsusən də London və Monakoda mühazirələr, sərgilər və görüşlər keçirən özəl “Eclectique” klubunu təsis edib.

Həmçinin bildirilir ki, Nasobinanın son illərdə Yermolayevlə münasibəti olub.

Onu da qeyd edək ki, partlayışda yaralanan qadının şəxsiyyəti ilə bağlı hazırda rəsmi olaraq təsdiqlənmiş məlumat yoxdur.

Eyni zamanda, Fransa hüquq-mühafizə orqanları hədəflənmiş bombalama ehtimalını nəzərdən keçirir. Müstəntiqlər hücumun cinayətkar qruplar və ya borc mübahisələri ilə əlaqəli ola biləcəyini, xüsusən də əvvəllər saxta çağrı mərkəzləri ilə bağlı araşdırılan işlər kontekstində olduğunu istisna etmirlər.

Xatırladaq ki, 29 iyun axşamı Monakoda yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində azı üç nəfər yaralanıb. Bundan sonra mediada hücumdq keçmiş ukraynalı iş adamı və milyoneri Vadim Yermolayevin hədəf alına biləcəyi barədə məlumatlar yayılmağa başlayıb.

Əvvəlcə yerli hakimiyyət orqanları terror hücumu versiyasını istisna etməyib. Monako hökumətinin məlumatına görə, partlayışa binanın yaxınlığında qoyulmuş metal elementləri olan partlayıcı qurğu səbəb olub. Müşahidə kameraları bir kişinin çantasını qoyub Fransanın Bozoley şəhərinə piyada qaçdığını qeydə alıb. O, açıq rəngli geyim və üzünü gizlədən maska taxıb.

Aynil

PAYLAŞ