Çağla Şikeldən sağlam qidalanma ilə bağlı diqqətçəkən paylaşım

Sağlam həyat tərzi və qidalanma rejimi ilə tez-tez diqqətçəkən məşhur model və aparıcı Çağla Şikel bu dəfə sosial media paylaşımı ilə marağa səbəb olub.
Sfera.az xəbər verir ki, formasını qoruması ilə daim gündəmdə olan, iki uşaq anası Şikel yeni səhər yeməyi paylaşımı ilə izləyicilərinin qarşısına çıxıb. Porsiya ölçüləri və qidalanma vərdişləri ilə bağlı paylaşımları ilə tanınan məşhur model bu dəfə fərqli və yumoristik açıqlaması ilə diqqət çəkib.

Şikel hekayə bölməsində səhər yeməyi boşqabının fotosunu paylaşaraq üzərinə “Dünən hamburger yedikdən sonra səhər yeməyim” qeydini əlavə edib.

Məşhur aparıcının bu paylaşımı əvvəlki gün hamburger yedikdən sonra günə daha yüngül seçimlə başladığını göstərib. Şikelin səmimi və zarafat dolu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.
Mənsumə
