Netanyahudan Livan açıqlaması: "Hücumlar davam edəcək"

Netanyahudan Livan açıqlaması: "Hücumlar davam edəcək"
Kateqoriya məlum deyil
T

İsrail Baş naziri Benyamin Netanyahu Livanla imzalanan çərçivə sazişinə baxmayaraq, İsrail ordusunun ölkənin cənubundakı işğalı davam etdirəcəyini bəyan edib.

Sfera.az xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzetinin yaydığı məlumata görə, Baş nazir Benyamin Netanyahu Livanda öldürülən İsrail hərbçilərinin anım mərasimində çıxış edib.

Netanyahu deyib ki, Livanın cənubundakı bufer zonada ehtiyac olduğu müddətcə qalacaqlar. Baş nazir bununla işğalın davam edəcəyinə dair mesajını verib.

Beyrut rəhbərliyi ilə əldə olunan çərçivə sazişinə toxunan Baş nazir bunları bildirib:

"İllər sonra ilk dəfə İsrail rəsmiləri Livanla danışıqlar apardı. İki ölkə arasında sülh sazişinə nail olmaq üçün əlimizdən gələni edəcəyik".

Eyni tədbirdə çıxış edən İsrailin müdafiə naziri İsrael Kats da ordunun geri çəkilməyəcəyini vurğulayıb. Kats İsrail ordusunun geri çəkilməyəcəyini deyərək, ordunun Livan, Suriya və Qəzzada işğal edilən "təhlükəsizlik zonalarında" qeyri-müəyyən müddətə qalacağını bildirib.

Xatırladaq ki, İsrail ordusu martın 2-dən etibarən Livana intensiv hava zərbələri endirməyə başlayıb və ölkənin cənubundakı bir çox yaşayış məntəqəsini işğal edib. Livan hökuməti bu müddət ərzində ölkədə didərgin düşənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ