Si Cinpin: Çin suverenliyini güclü ordu ilə qoruyacaq

Si Cinpin: Çin suverenliyini güclü ordu ilə qoruyacaq
Kateqoriya məlum deyil
T

Çin dünya səviyyəli silahlı qüvvələrin inkişafını sürətləndirmək və milli müdafiə və ordu sisteminin modernləşdirilməsini planlaşdırılan müddət ərzində başa çatdırmaq niyyətindədir.

Sfera.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib.

"Biz dünya səviyyəli Çin Xalq Azadlıq Ordusunun inkişafını sürətləndirməli, ordunun 100 illiyi üçün müəyyən edilmiş məqsədlərə planlaşdırılmış müddət ərzində çatmalı və milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını qətiyyətlə müdafiə etməliyik",– Çin lideri Çin Kommunist Partiyasının 105 illiyi münasibətilə keçirilən anım tədbirində bildirib. O, güclü bir ölkənin güclü ordusu olmalıdır və güclü silahlı qüvvələr olmadan milli təhlükəsizliyin mümkün olmadığını vurğulayıb.

Si Cinpin əlavə edib ki, Çin öz ordu inkişaf yolu ilə qətiyyətlə getməli, siyasi, texnoloji, kadr və hüquqi komponentlərini gücləndirməli və qlobal sülhə və inkişafa daha çox töhfə verməlidir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ