“Eurovision” ulduzu nəcisdən hazırlanmış kostyumu ilə hər kəsi şoka saldı

“Eurovision” ulduzu nəcisdən hazırlanmış kostyumu ilə hər kəsi şoka saldı
Kateqoriya məlum deyil
T

"Espresso Macchiato" mahnısı ilə tanınan estoniyalı müğənni Tommi Keş Paris Moda Həftəsindəki görünüşü ilə tamaşaçıları heyrətləndirib.

Sfera.az bildirir ki, ötən il Estoniyanı Avroviziyada təmsil edən Tommi Keş nəcis üslubunda hazırlanmış kostyumda “Doublet SS27” şousuna qatılıb. Fransa paytaxtında keçirilən böyük moda tədbirində müğənni insan nəcisinə bənzəyən qeyri-adi qəhvəyi kostyumu ilə o hər kəsi şoka salıb. O, bunun videosunu “İnstaqram” səhifəsində də paylaşıb.

Sənətçi görünüşünü tualet kağızı rulonu və maye toplama torbası ilə tamamlayıb və vaxtaşırı tədbirin qonaqlarının qarşısında içki içib.

Qeyd edək ki, musiqiçi uzun müddətdir ki, qeyri-adi ifalara olan sevgisi ilə tanınır. Bu çıxış sosial mediada qızğın müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu görünüşü cəsarətli bədii ifadə adlandırıblar, digərləri isə onun stilini "həddindən artıq" hesab ediblər.

Sənətçinin özü görünüşü barədə şərh verməyib və ya yeni ifasının arxasındakı konkret mənanı izah etməyib, lakin tamaşaçıların reaksiyasına əsasən, bu, əlbəttə ki, diqqətdən kənarda qalmayıb.

Aynil

PAYLAŞ