“Hazıram, amma hələ partnyorum yoxdur”

Məşhur müğənni Hadisə son konsertlərindən birində pərəstişkarları ilə səmimi söhbəti zamanı şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Səhnədə enerjili çıxışı ilə yanaşı sənətçinin emosional etirafları da sosial şəbəkələrdə geniş müzakirə olunub.
Sfera.az xəbər verir ki, Almaniyada keçirilən konsertdə pərəstişkarları ilə ünsiyyət quran Hadisə bu yaxınlarda ikinci dəfə xala olduğunu xatırladıb və bunun onda fərqli hisslər oyatdığını bildirib. Müğənni ailə içində yaşadığı bu sevincin analıq düşüncəsinə daha yaxınlaşmasına səbəb olduğunu vurğulayıb.
“Əgər indi xala kimi bu hissləri yaşayıramsa, görəsən ana olanda necə olacaq. Özümü hazır hiss edirəm,” – deyə Hadisə səhnədə söyləyib.
Onun sözləri zalda olan pərəstişkarlar tərəfindən alqışla qarşılanıb. Sənətçi isə bu mövzuda daha səmimi davam edərək analıq istəyinin olduğunu, lakin bunun üçün hələ doğru insanın həyatında olmadığını etiraf edib.
“Mən ana olmağa hazıram, amma bunun üçün ilk növbədə düzgün partnyor lazımdır. Hazıram, sadəcə hələ həyatımda o insan yoxdur,” – deyə o əlavə edib.
Hadisənin bu açıqlamaları qısa zamanda sosial mediada geniş yayılıb və müzakirələrə səbəb olub. Pərəstişkarları müğənninin səmimiyyətini və ailə mövzusunda açıq danışmasını yüksək qiymətləndiriblər.
Mənsumə

