DÇ-2026: 1/16 final mərhələsinin 28 iştirakçısı müəyyənləşdi

DÇ-2026: 1/16 final mərhələsinin 28 iştirakçısı müəyyənləşdi
Kateqoriya məlum deyil
T

2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinə vəsiqəni təmin edən 28 komanda müəyyənləşib.

Sfera.az xəbər verir ki, qrup mərhələsinin 16-cı oyun gününün yekununda pley-offa yüksələn komandaların sırasına Belçika, Misir və Kabo-Verde də qoşulub. Daha əvvəl isə Braziliya, Argentina, İspaniya, Norveç və Portuqaliya növbəti mərhələyə adını yazdırmışdı.

Bununla yanaşı, 1/16 finalın 16 cütlüyündən 9-u artıq bəllidir. Məlum qarşılaşmalara əsasən, Almaniya Paraqvayla, Fransa İsveçlə, Kabo-Verde isə Argentina ilə üz-üzə gələcək.

Hazırda doqquz qrupda qrup mərhələsi başa çatıb. Daha iki qrupda üçüncü turun oyunlarından sonra pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi mundial iyulun 19-da başa çatacaq. Reqlamentə əsasən, hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan ən yaxşı səkkiz yığma 1/16 finala vəsiqə qazanır. Turnirin son çempionu Argentina millisidir.

İnci

Sfera.az

PAYLAŞ