Rusiyalı deputat: Makronun ABŞ-lə bağlı açıqlaması fakt deyil

Rusiyalı deputat: Makronun ABŞ-lə bağlı açıqlaması fakt deyil
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makronun ABŞ-nin Ukrayna məsələsində artıq neytral vasitəçi olmaq istəmədiyi barədə səsləndirdiyi fikirlər fakt kimi qəbul edilməməlidir.

Sfera.az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Lenta.ru nəşrinə açıqlamasında bildirib.

Aleksey Çepa isə bildirib ki, bu, yalnız Makronun şəxsi mövqeyidir.

"Bu, Makronun mövqeyidir. Mən bunu fakt kimi qəbul etməzdim. Qərbin təzyiqləri nəticəsində ABŞ Prezidenti Donald Trampın Ankoricdə əldə olunmuş razılaşmalarla bağlı mövqeyi müəyyən qədər dəyişib. Düşünürəm ki, bu vəziyyət əlavə danışıqlar tələb edəcək. Ümid edirəm ki, Trampın Rusiya Prezidenti Vladimir Putinlə əlaqəsi olacaq və bundan sonra vəziyyət daha da aydınlaşacaq", – deyə deputat bildirib.

Çepa xatırladıb ki, Donald Tramp bu yaxınlarda ABŞ-nin İranla bağlı danışıqlar prosesini başa çatdırmaq üzrə olduğunu və bundan sonra Vaşinqtonun Ukrayna məsələsinin həllinə daha çox vaxt ayıra biləcəyini açıqlamışdı.

Xatırladaq ki, Emmanuel Makron ABŞ-nin artıq Rusiya ilə Ukrayna arasında danışıqlarda neytral vasitəçi rolunu oynamaq niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, Vaşinqton ilk dəfə olaraq Ukraynanın ərazi bütövlüyünə dəstək, Kiyevə hərbi və enerji yardımı, eləcə də Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini nəzərdə tutan sənədi qəbul edib.

İnci

Sfera.az

PAYLAŞ