Bu ölkədə azan qadağan olunacaq

Danimarkanın Miqrasiya və İnteqrasiya naziri Morten Bodskov ölkənin bəzi ərazilərinin “İslamabadın ətraf qəsəbəsi kimi hiss edildiyini” iddia edərək, azanın qadağan olunması ilə bağlı hüquqi araşdırmanın yenidən başladılacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, Sosial Demokratlar Partiyasının üzvü olan Bodskov bildirib ki, Danimarka küçələrində gəzərkən insanların ölkənin başqa bir yerində olduqları hissinə düşməməli olduqlarını deyib. Ölkənin bəzi bölgələrində, xüsusilə Kopenhagen kimi şəhərlərdə səs-küy qaydalarına görə minarələrdən dinamik vasitəsilə azan oxunmasına artıq məhdudiyyətlər tətbiq olunur. Bodskov həmçinin Danimarkada gizli şəkildə yayılan islamlaşmanın ictimai məkanın böyük hissəsini əhatə etdiyini iddia edib.
Bu, Danimarkada Sosial Demokratların 2020 və 2025-ci illərdəki oxşar təşəbbüslərindən sonra azanın qadağan olunması üçün edilən üçüncü cəhd sayılır. Baş nazir Mette Frederiksen rəhbərliyindəki Danimarka hökuməti Avropanın ən sərt miqrasiya siyasətlərindən birini həyata keçirən ölkələrdən biri kimi tanınır.
“Getto qanunları” adlandırılan qaydalara əsasən, Danimarka hakimiyyəti xarici mənşəli sakinlərin sayının çox olduğu bəzi məhəllələrdə yaşayan miqrantların köçürülməsini tələb edə bilir. Bəzi hallarda sığınacaq axtaranlardan yaşayış xərclərini ödəmək üçün zinət əşyaları və digər qiymətli əşyalarını təqdim etmələri də tələb olunub. 2015-ci ildə Avropada miqrasiya böhranının pik dövründə, Yaxın Şərqdən milyonlarla insan Avropa sərhədlərinə üz tutarkən, Danimarka qonşu ölkələrlə müqayisədə daha az sayda sığınacaq müraciətini qəbul edib.
Bəsti Rəfizadə
Sfera.az
