Polis evdə 100-ə yaxın timsah tapdı – qadın həbs olundu

Kateqoriya məlum deyil
T
Honq Konqda hüquq-mühafizə orqanları 35 yaşlı yerli qadını onun mənzilində təxminən 100 timsah aşkar edildikdən sonra həbs edib.
Sfera.az bildirir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Bildirilir ki, polis əvvəlcə qadının eyvanında 1,5 metr uzunluğunda timsahı tutub. Bu hadisə daha sonra mənzildə əlavə təxminən 100 sürünənin aşkar edilməsinə səbəb olub.
Qadının işi Honq Konqun Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiətin Mühafizəsi Departamentinə təhvil verilib, mənzildən götürülən bütün timsahlar isə baytar müayinəsinə göndərilib.
İnci
Sfera.az
