Rusiya Rumıniya səfirini XİN-ə çağırdı

Rusiya Rumıniya səfirini XİN-ə çağırdı
Kateqoriya məlum deyil
T

Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Sfera.az bildirir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Rumıniyanın Konstansa şəhərindəki Rusiya Baş Konsulluğunu bağlamasına cavab olaraq görüləcək tədbirlər səfirə təqdim ediləcək”, – deyə Zaxarova bildirib.

İyunun əvvəlində Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya tərəfi konsulluğun bağlanması ilə bağlı qeyri-dost qərarı cavabsız qoymayacaq.

Rumıniya Prezidenti Nikușor Dan Konstansadakı Rusiya Baş Konsulluğunun fəaliyyətinin dayandırılması barədə qərarı mayın 29-da elan edib.

Əzizə

Sfera.az

PAYLAŞ