"SpaceX"in səhmləri dəyərdən düşdü - Mask 350 milyard dollar itirdi

Kateqoriya məlum deyil
T
"SpaceX" şirkəti ilk dəfə investisiya dərəcəli istiqrazlar satacağını elan etdikdən sonra şirkətin səhmləri ardıcıl üçüncü gün ucuzlaşaraq yüz milyardlarla dollar bazar dəyərini itirib.
Sfera.az xəbər verir ki, bazar ertəsi günü bir səhmin dəyəri 16 faiz ucuzlaşaraq 154,60 dollara düşüb.
Bu, şirkətin fond birjasında ticarətə başlamasından bəri ən aşağı bağlanış səviyyəsi idi. Üç günlük eniş 23 faiz təşkil edib və ümumilikdə şirkətin dəyəri 600 milyard dollardan çox azalıb.
"SpaceX"in səhmlərinin ucuzlaşması şirkətin əsas sahibi olan İlon Maskın da sərvətinin azalmasına səbəb olub. Son 3 gündə Maskın sərvətinin dəyəri 350 milyard dollar azalaraq 1,1 trilyon dollar təşkil edib.
Vasif
