Lavrov: "Zelenski kobudluq etdi"

Lavrov: "Zelenski kobudluq etdi"
Kateqoriya məlum deyil
T

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusla bağlı səsləndirdiyi fikirləri kobud hesab etdiyini bildirib.

Sfera.az xəbər verir ki, Lavrovun sözlərini RİA Novosti yayıb.

Diplomatın sözlərinə görə, Zelenskinin Belarusda “nizam-intizam yaratmaq” çağırışı və əks halda bununla özü məşğul olacağına dair bəyanatı qəbuledilməzdir.

“Mən Zelenskinin suveren dövlətin ərazisində qayda yaratmağı tələb edən, əks halda isə bunu özünün edəcəyi ilə hədələyən kobud çıxışını nəzərdə tuturam”, – deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, bu cür bəyanatlar digər dövlətlərin suverenliyinə hörmət prinsipi ilə uzlaşmır.

İnci

Sfera.az

PAYLAŞ