Mbappe: “Messinin etdiklərinə fokuslanmıram”

Fransa millisinin hücumçusu Kilian Mbappe Argentina yığmasının kapitanı Lionel Messinin dünya çempionatlarında vurduğu qollar üzrə rekordunu şərh edib.
Sfera.az xəbər verir ki, bu barədə TyC Sports məlumat yayıb.
Mbappe bildirib ki, Messi həmişə qol vurub və bunu etməyə davam edəcək:
“Əgər mən Messinin nə etdiyinə baxsaydım, daha çox səy göstərməli olardım. Buna köklənmirəm. Yalnız öz millimə kömək etməyi düşünürəm”, – deyə fransalı futbolçu vurğulayıb.
Qeyd edək ki, Messi iyunun 22-də keçirilən dünya çempionatının Argentina -Avstriya oyununda (2:0) dubl edərək mundiallardakı qollarının sayını 18-ə çatdırıb. Bununla da o, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin 16 qolluq rekordunu geridə qoyub.
Hazırkı dünya çempionatında Mbappe 4 qol vurub. O, dünya çempionatlarındakı ümumi qol sayını 16-ya çatdıraraq Kloze ilə eyni göstəriciyə sahib olub.
İnci
Sfera.az
