Ən çox milyarderin yaşadığı 10 şəhər - ADLAR

2026-cı ilin məlumatına əsasən, dünyada sərvəti ABŞ dolları ilə ifadə olunan təxminən 3 min milyarder var. Statistika göstərir ki, milyarderlərin əksəriyyəti böyük şəhərlərdə yaşayırlar.
Sfera.az xəbər verir ki, ən çox milyarderin yaşadığı şəhər Nyu-Yorkdur.
Lakin tədricən Çin şəhərlərinin milyarderlər sayında iərli keçməyə hazırlaşdığı görünür.
2026-cı ilin əvvəlinə aid olan məlumata görə, Nyu-Yorkda 146 milyarder yaşayır.
Nyu-Yorku 132 milyarderlə Çin şəhəri olan Şenjen izləyir.
Milyarderlərin sayına görə 3-cü və 4-cü şəhər də Çinə məxsusdur. Şanxayda 120 milyarder, Pekində 107 milyarder yaşayır.
Sıralamada digər yerlər belədir: Londonda 102 milyarder, Mumbayda (Hindistan) 95 milyarder, Honkonqda 88 milyarder, San Fransiskoda 86 milyarder, Moskvada 82 milyarder var.
İlk onluğu 65 milyarderlə Çinin Xançjou şəhəri tamamlayır.
Sıralamadan görünür ki, ilk onluqda 4 Çin, 2 ABŞ şəhəri var.
Adıçəkilən 10 şəhərdə ümumilikdə 1023 milyarder yaşayır.
Vasif
