Türkiyədə elektrik istehsalında rekord: Bu sektorun payı 43 faizi keçdi

Türkiyədə elektrik istehsalında rekord: Bu sektorun payı 43 faizi keçdi
Kateqoriya məlum deyil
T

Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, may ayında ümumi aylıq elektrik enerjisi istehsalı 27,15 milyard kilovat-saat olub.

Sfera.az xəbər verir ki, mayda su elektrik enerjisi istehsalı aylıq 11,71 milyard kilovat-saata çataraq yeni rekord həddə yüksəlib.

Türkiyədə may ayında elektrik enerjisi istehsalının 43,1 faizi su elektrik stansiyalarından əldə edilib. Mayda külək enerjisi 2,39 milyard kilovat-saatla elektrik enerjisi istehsalının 8,8 faizini, günəş enerjisi isə 3,72 milyard kilovat-saatla 13,7 faizini təşkil edib.

Elektrik enerjisi istehsalında külək və günəş enerjisinin ümumi payı 22,5 faizə çatıb.Nazirliyin məlumatına əsasən, may ayında elektrik enerjisi istehsalında daxili resursların payı 85 faizə, bərpaolunan enerjinin payı isə 72,3 faizə yüksəlib.

Vasif

Sfera.az

PAYLAŞ