"OpenAI"dən ciddi zərər: Milyardlarla ölçülür

ABŞ-də gizli şəkildə ilkin kütləvi təklif (IPO) üçün müraciət edən “OpenAİ” şirkətinin maliyyə hesabatı süni intellekt nəhənginin 2025-ci ildə xərclərini kəskin şəkildə artırdığını ortaya qoyub.
Sfera.az xəbər verir ki, şirkətin 2024-cü ildə 5 milyard dollar olan xalis zərəri, ötən il böyük sıçrayışla təxminən 39 milyard dolara yüksəlib.
Süni intellekt nəhəngi təkcə tədqiqat, təkmilləşdirmə (R&D) və marketinq fəaliyyətlərinə ümumilikdə 34 milyard dollar vəsait xərcləyib.
Ekspertlər bu rekord zərərin təxminən 30 milyard dollarlıq hissəsinin şirkətin kommersiya strukturuna keçid prosesi ilə bağlı nağdsız mühasibat xərclərindən qaynaqlandığını bildiriblər. Yenidənqurma xərcləri və digər nağdsız amillər çıxılmaqla, “OpenAI”ın real fəaliyyət zərəri 8 milyard dollar təşkil edib.
Digər bir texnologiya nəhəngi “SpaceX” isə birja fəaliyyətindən sonra qazandığı güclü impulsu qoruyub saxlayır. Şirkətin səhmləri çərşənbə axşamı birja açılışında 8%-dən çox dəyər qazanıb.
Bu artımla birlikdə “SpaceX” bazar dəyərinə görə elektron ticarət nəhəngi “Amazon”u geridə qoyaraq dünyanın ən dəyərli beşinci şirkətinə çevrilib. Birjaöncəsi əməliyyatlarda 8,7% artımla 209 dollardan ticarət edilən “SpaceX” səhmləri, şirkətin ümumi bazar dəyərini rekord həddə, yəni 2,78 trilyon dollara çatdırıb.
Bəsti Rəfizadə
