FİFA həmin hakimlə bağlı araşdırmaya başladı - FOTO

2026-cı il Dünya Kubokunun E qrupunda Almaniyanın Kürəsao (Curaçao) üzərində 7-1 hesablı qələbəsi zamanı hakimin əl jesti müzakirə mövzusuna çevrilib. FİFA məsələ ilə bağlı araşdırmaya başlayıb.
Sfera.az xəbər verir ki, avstraliyalı hakim Şon Evans, Dünya Kuboku matçlarında ənənəvi hala gəldiyi kimi, oyun başlamazdan əvvəl VAR otağı şousu zamanı ekranda görünüb.
Avstraliya A Liqasında hakimlik edən hakim, ağların üstünlüyü ilə əlaqəli simvol kimi şərh edilən tərs "OK" əl jesti edib.

FİFA məsələ ilə bağlı araşdırmaya başlayıb. Digər tərəfdən, ayrı-seçkiliyə qarşı mübarizə şəbəkəsi hakimin işdən çıxarılmasını tələb edən bəyanat yayıb.
2024-cü il Paris Olimpiadasında da oxşar jest bir rəsmi şəxs tərəfindən edilmiş və geniş tənqidə səbəb olmuşdu.
Adı açıqlanmayan bu şəxs Olimpiya Yayım Xidmətlərində (OBS) işləyən subpodratçı kimi müəyyən edilib və təşkilat onun akkreditasiyasının dərhal ləğv edildiyini açıqlayıb.
Vasif

