Tramp İrana qarşı quru əməliyyatlarını dayandırdı

Tramp İrana qarşı quru əməliyyatlarını dayandırdı
Kateqoriya məlum deyil
T

ABŞ-nin İrandakı uran ehtiyatlarına qarşı həyata keçirməyi planlaşdırdığı quru əməliyyatının Ağ Evdə keçirilən təcili toplantıda müzakirə edildiyi və son anda ləğv olunduğu iddia edilib.

Sfera.az xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, görüş zamanı belə bir əməliyyatın genişmiqyaslı müharibə riskini artıracağı və qlobal iqtisadiyyata ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıqlar səsləndirilib.

İddialara əsasən, ABŞ Prezidenti Donald Tramp mümkün hərbi itkilər və bölgədə gərginliyin daha da artması ehtimalından narahat olaraq planın dayandırılması qərarını verib. Məlumata görə, Vaşinqtonda əsas narahatlıq əməliyyatın İranla qarşıdurmanı nəzarətdən çıxara biləcəyi və daha geniş regional böhrana səbəb ola biləcəyi ilə

bağlı olub.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ