Yaponiyada doğum səviyyəsi rekord həddə düşdü

Yaponiyada doğum səviyyəsi rekord həddə düşdü
Kateqoriya məlum deyil
T

Dünyada əhali artımını stimullaşdırmaq üçün müxtəlif siyasətlər həyata keçirən Yaponiya son illərdə bunun əksinə olaraq sürətlə azalan doğum göstəriciləri ilə üzləşib.

Sfera.az xəbər verir ki, Yaponiya Dövlət Televiziyası NHK-nın hökumət məlumatlarına əsasən, 2025-ci ildə ölkədə 671 mindən bir qədər çox körpə dünyaya gəlib. Bu rəqəm 1899-cu ildən, yəni rəsmi qeydiyyat sisteminin tətbiqindən bəri ən aşağı göstərici hesab olunur. Mütəxəssislər bildiriblər ki, Yaponiyada yeni doğulanların sayı artıq ardıcıl 10 ildir azalır. Ölkədə ümumi doğum əmsalı da 1,14-ə düşərək tarixi minimuma çatıb.


Ekspertlər Yaponiyada ailə qurmaq istəyənlərin sayının azalmasının doğum səviyyəsinə ciddi təsir etdiyini vurğulayıblar.Məlumata görə, əsrin əvvəlində ölkədə ildə təxminən 800 min nikah qeydə alınırdısa, son illərdə bu göstərici 489 minə qədər geriləyib.


Mütəxəssislər bildiriblər ki, əhalinin azalması və yaşlanması Yaponiya üçün ən böyük iqtisadi və sosial problemlərdən biri olaraq qalır. Yaponiyanın Baş naziri Takaiçi Sanae 2025-ci ilin noyabrında əhali azalması ilə mübarizə tədbirlərini genişləndirmək məqsədilə yeni “Əhali Strategiyası Mərkəzi”nin yaradıldığını açıqlanıb. O, mərkəzin açılışında “Ölkənin ən böyük problemi əhalinin azalmasıdır” ifadəsini işlədib.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ