Köçəryan seçki kampaniyasını başladır

Köçəryan seçki kampaniyasını başladır
Kateqoriya məlum deyil
T

Ermənistan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının siyahısında yer alan deputat Andranik Köçəryan mayın 13-dən etibarən seçki kampaniyasına qoşulacağını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, o bu barədə “Yerablur” hərbi panteonunda jurnalistlərə açıqlamasında danışıb. Köçəryan bildirib ki, 2018-ci il “məxməri inqilabı”ndan sonra xalqın onlara verdiyi etimad 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində də təsdiqlənib. “İndi isə gördüyümüz işləri təqdim etməli və yenidən xalqın səsini qazanaraq başladığımız yolu davam etdirməliyik”,– o vurğulayıb.

 

Deputat keçmiş müdafiə naziri Seyran Ohanyanı da hədəf alaraq, ordunun hazırlıq səviyyəsi və ehtiyat qüvvələrin vəziyyəti ilə bağlı fikirlər səsləndirib. Andranik Köçəryan hakim partiyanın yenidən seçiləcəyi təqdirdə Ermənistanın 2018-ci ildən əvvəlki dövrlə müqayisədə daha güclü müdafiə sisteminə malik olacağını iddia edib.

 

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 17 partiya və 2 blok iştirak edir. 

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ